İtaliya XİN başçısı: Zelenskinin dedikləri doğru deyil

İtaliyanın xarici işlər naziri Antonio Tayani Ukraynanın Liviya sahillərində Rusiya gəmilərinə hücumları müttəfiqlərlə əlaqələndirməsi barədə Prezident Volodimir Zelenskinin açıqlamasını təkzib edib.

Tayani Kiyevin əməliyyatlar barədə müttəfiqlərinə əvvəlcədən məlumat vermədiyini bildirib. O, Ukraynanın xarici işlər naziri Andrey Sibihanın da bu hücumların gələcəkdə müttəfiqlərlə müzakirə ediləcəyini söylədiyini xatırladıb.

Tayani Ukrayna qüvvələrinin Liviyada nə etdiyinin məlum olmadığını vurğulayaraq, Zelenskinin açıqlamasının doğru olmadığını deyib. Roma, həmçinin müharibənin Aralıq dənizinə yayılmasının qarşısının alınmasının vacibliyini bildirib.