400 tonluq iylənmiş toyuq qalmaqalı alıcıları qorxutdu? - Bakı sakinlərind…

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğuran hadisə gündəmə gəlib.

“Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi”ndə yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunun aşkarlandığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb, müəssisənin bir neçə məsul şəxsi təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məlumdur ki, bir çox vətəndaş daha ucuz qiymətə görə bu şirkətin məhsullarına üstünlük verirdi. Bəs baş verənlər alıcıların seçimlərinə təsir edibmi? İnsanlar toyuq əti alarkən nəyə diqqət yetirirlər? Ucuz qiymət, yoxsa keyfiyyət və təhlükəsizlik?

Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Həmin videosorğunu təqdim edirik: