Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ: Türkiyə hərbçiləri BU ÖLKƏYƏ göndərilə bilər…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə birgə müdafiə haqqında saziş olan "Məkkə paktı"nın təsdiqlənməsi barədə fərman imzalayıb.

Tərəflər arasında bu ilin avqust ayında imzalanmış və noyabrın 5-də Türkiyə parlamentində təsdiqlənmiş sənəd rəsmi olaraq müdafiə xarakteri daşıyır və iştirakçıları silahlı hücum zamanı bir-birinə yardım etməyə borclu edir.

Müqavilənin Türkiyə tərəfindən ratifikasiya olunması Ankaraya husilərin hücumlarından müdafiə olunmaq üçün Ər-Riyada birbaşa hərbi yardım göstərmək imkanı açır.

Daha əvvəl Türkiyənin hakim partiyasının nümayəndəsi dəqiqləşdirib ki, imzalanmış paktın şərtlərinə uyğun olaraq türk hərbçilərinin Səudiyyə Ərəbistanına göndərilməsi üçün mandat verilməsi barədə ayrıca sorğu artıq parlamentin müzakirəsinə təqdim edilib.\\Musavat.com\\