Gürcüstan səfiri Türkiyə XİN-ə çağırıldı - Nota

Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, səfir ötən gün Batumidə “Beşiktaş” – “Hapoel Beer Şeva” matçındakı yaşanan insidentlə əlaqədar XİN-ə çağırılıb. Səfirə UEFA Avropa Liqası matçında baş verən insidentlə bağlı nota təqdim olunub.

Bundan əlavə, Türkiyə vətəndaşlarına qarşı güc tətbiqi və müdaxiləyə görə məsuliyyət daşıyanlara qarşı hüquqi tədbirlərin görülməsi tələb olunub.