Avropa İttifaqı Azərbaycanla vizanı sadələşdirmək istəyir: Bakı nə qazanacaq?

Son günlər Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycana səfərləri, Bakı ilə münasibətlərin və əməkdaşlıq perspektivlərinin müzakirəsi diqqət çəkir. Görüşlərdə gündəmə gələn əsas məsələlərdən biri də Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi olub. Bəzi Avropa ölkələrinin bu təşəbbüsə açıq dəstək verməsi isə bir sıra suallar doğurur: Avropa İttifaqı ölkəmizlə viza prosedurlarının yüngülləşdirilməsində niyə maraqlıdır? Bu proses Azərbaycan vətəndaşlarına hansı üstünlükləri qazandıra bilər və ölkəmiz bundan nə əldə edə bilər?