XİN: Estoniya energetika və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir

Estoniya energetika və digər sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.