AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib

Respublika əhəmiyyətli Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilməklə obyektə müvafiq icazə alınmadan giriş-çıxış yolu təşkil edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumata yayıb.

Bildirilir ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidməti məhz bu qanun pozuntusunun aradan qaldırılmasını tələb edib. Məqsəd sahibkarlıq fəaliyyətinə mane olmaq deyil, avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.