Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) evində gizlənən şəxsin kimliyi məlum olub.
Oxu.az-a istinadən, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.
Müəyyən edilib ki, axtarışda olan həmin şəxs bilə-bilə həmin evdə gizlədilib.
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
Qeyd edək ki, Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.