Milanın “İnter” klubu braziliyalı müdafiəçi Karlos Auqusto ilə müqavilənin müddətini 2031-ci ilin iyun ayınadək uzadıb.
Publika.az xəbər verior ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuşdu.
Karlos Auqusto 2024-cü ildən “İnter”də çıxış edir. O, İtaliya A Seriyasının cari mövsümündə 10 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı Karlos Auqustonun transfer dəyərini 23 milyon avro qiymətləndirir.