“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub

Karib dənizində 12 günlük səyahət edən “Caribbean Princess” kruiz gəmisində 230-dan çox sərnişin və 35 heyət üzvü norovirusa yoluxub.

Bu barədə “The New York Post” xəbər verir.

Noyabrın 23-də gəmi ABŞ-nin Florida ştatına qayıtmazdan əvvəl 233 sərnişin və 35 heyət üzvündə qusma və ishal halları qeydə alınıb.

Ümumilikdə gəmidə 2 936 sərnişin olub.

Səyahəti təşkil edən “Princess Cruises” şirkəti infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstələnən şəxslərin sağalanadək öz kayutlarında təcrid olunduqlarını bildirib.