Xaçmazda avtomobilin vurduğu piyada öldü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1957-cı il təvəllüdlü İsmayılov Zakir Məlikməmməd oğlunu yolu keçmək istəyərkən "VAZ-2106" markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./report.az