Rusiya səfiri İsveç XİN-ə çağırıldı: Etiraz notası təqdim edildi

Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiyanın İsveçdəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, diplomata Rusiyanın Polşanın hava məkanını pozması və Danimarkada ehtimal edilən təxribatlarda iştirakı ilə bağlı ittihamlar üzrə etiraz notası təqdim olunub.

Rusiya səfirliyi isə ittihamları rədd edərək, Moskvanın Avropa İttifaqına üzv dövlətlərin ərazilərinə zərbələr endirmədiyini və Rusiyanın bu hadisələrdə iştirakına dair inandırıcı sübutların olmadığını bildirib.