Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcək.
O, bu barədə Ermənistan mediasına açıqlamasında bildirib.
Simonyanın sözlərinə görə, səfər Bakıya deyil, Gəncəyə və ya Azərbaycanın başqa bir şəhərinə planlaşdırılır. O qeyd edib ki, görüş zamanı tərəflər arasında texniki məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Ermənistan rəsmisi ölkəsinin yeni Konstitusiya layihəsi ilə bağlı da danışıb. O bildirib ki, layihə vətəndaşların təkliflərini öyrənmək məqsədilə ictimai müzakirəyə çıxarılıb.
Xatırladaq ki, Alen Simonyan daha əvvəl bu səfərin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin cari ilin iyun ayında Ermənistana (Dilicana) etdiyi səfərə cavab xarakteri daşıdığını açıqlamışdı.