BDU-da tələbələrin şikayəti ilə bağlı araşdırma aparılır

Bakı Dövlət Universitetidə (BDU) tələbələrin tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı şikayəti barədə araşdırma aparılır.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva Trend-in sorğusuna cavab olaraq bildirib ki, indiyədək bu mövzu haqqında heç bir tələbə tərəfindən rəsmi müraciət daxil olmayıb.

"Sözügedən məsələ ilə bağlı məlumatı sosial şəbəkələrdə görmüşük. İndiyədək bu mövzu haqqında heç bir tələbə tərəfindən rəsmi müraciət daxil olmayıb. Buna baxmayaraq, sosial şəbəkədə yayılan müraciət tərəfimizdən qiymətləndirilir və məsələnin aydınlaşdırılması istiqamətində zəruri araşdırma aparılır".