Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dövlət sərhədlərinin mühafizəsini müstəqil şəkildə təmin etmək imkanına malik olduğunu bəyan edib.
Paşinyan bu barədə jurnalistlərə keçirdiyi brifinqdə danışıb.
O, Rusiya sərhədçilərinə təşəkkürünü bildirməklə yanaşı, Ermənistanın artıq öz sərhədlərinin mühafizəsinə tam məsuliyyəti üzərinə götürməsinin vaxtının çatdığını vurğulayıb.
“Rusiya sərhədçilərinə təşəkkür edirəm, lakin artıq bütün sərhədimizin mühafizəsinə görə məsuliyyəti öz üzərimizə götürməyin vaxtı çatıb”, – deyə hökumət başçısı bildirib.