Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan doqquz nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Azadlığa buraxılanlar arasında Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel var.
İstintaq çərçivəsində hakim qarşısına çıxarılan müğənni Ceylan Kaya isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunaraq həbs edilib.
Əməliyyat zamanı saxlanılan 24 nəfərdən 14-ü əlavə araşdırma tədbirlərinin aparılması üçün yenidən polisə qaytarılıb. Saxlanılan Burak Yeter də daxil olmaqla, ümumilikdə 15 nəfərin barəsindəki istintaq tədbirlərinin davam etdiyi bildirilir.
İfadəsində Özcan Deniz ona qarşı irəli sürülən ittihamları rədd edib.
O, narkotik istifadə etmədiyini və vasitəçiliklə məşğul olmadığını bildirib. Müğənni iki ildir ürək xəstəliyinə görə həkim nəzarətində olduğunu və reseptlə verilən dərmanlardan istifadə etdiyini, həmçinin qan və saç analizləri verdiyini söyləyib.
Deniz Çakır da narkotik maddə istifadə etmədiyini, narkotik satan heç kimi tanımadığını deyərək ittihamları qəbul etməyib. O, reseptlə verilən dərmanlardan istifadə etdiyini və telefonunun şifrəsini istintaqa təqdim etdiyini bildirib.
Burcu Özberk isə çəkiliş meydançasındakı sıx iş qrafikinə görə gecə həyatının olmadığını və narkotik istifadə edilən məkanlarda iştirak etmədiyini söyləyərək iddiaları rədd edib.