Azərbaycan Mərkəzi Bankı (AMB) “Unibank” ASC-ni və bankın vəzifəli şəxslərini ümumilikdə 62,5 min manat məbləğində cərimələyib.
Bu barədə AMB-dən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Bankın həyata keçirdiyi cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.5-ci maddələri ilə “Unibank” ASC 50 min manat cərimələnib.
Bundan başqa, Məcəllənin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən bankın vəzifəli şəxslərinə 12,5 min manat məbləğində cərimə tətbiq olunub.