TRIPP üzrə avtomobil yolu, dəmir yolu və elektrik xətlərinin layihələndirmə işləri aparılır

“TRIPP layihəsinin praktiki icrasına hazırlıq işləri artıq başlayıb”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Artıq ərazidə xüsusilə dəmir yolu sahəsində təmizləmə işləri aparılır. Paralel olaraq hazırda avtomobil yolu, dəmir yolu və elektrik enerjisi infrastrukturu üzrə layihələndirmə işləri də həyata keçirilir”, - Baş nazir qeyd edib.