Qızılın qiyməti 3 600 dolları keçdi

Dünya əmtəə bazarlarında qızılın qiymətində artım qeydə alınıb. Qiymətli metalın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 3 600 dollar həddini geridə qoyub.

ONN media xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersləri 1,33% bahalaşaraq 3 612 dollara çatıb.

Birjada gümüşün qiymətində də yüksəliş müşahidə olunub. Belə ki, 2026-cı ilin mart ayı üzrə gümüş fyuçerslərinin bir troya unsiyası 3,71% artaraq 42,04 dollar təşkil edib.

Qeyd edək ki, bir troya unsiyası 31,1 qrama bərabərdir.