Ookla Azərbaycanda genişzolaqlı internetin median sürəti ilə bağlı oktyabr ayının nəticələrini açıqlayıb. Bu məlumatlar açıq mənbədə yerləşdirilir və bütün dünya ictimaiyyəti üçün əlçatandır. Bunu xüsusi vurğulamağımın səbəbi odur ki, həmin göstəriciləri adi istifadəçilərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən internet provayderləri də izləyə bilirlər. Açığı, bu məlumatların niyə diqqətdən kənarda qaldığını anlamaqda çətinlik çəkirəm.
Bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
“Mən mütəmadi olaraq bu göstəriciləri izləyir, dinamikaya dair məlumatlar paylaşıram. Hər dəfə internet sürətində artım tempinin zəiflədiyini və durğunluğun yaxınlaşdığını diqqətə çatdırmağa çalışıram. Artıq deməliyəm ki, qarşıdakı aylarda müsbət dinamika ifadəsini işlətmək getdikcə çətinləşəcək”, deyə E.Abbasov qeyd edib.
Ümumi mənzərəyə nəzər salaq. Azərbaycanda genişzolaqlı internetin median sürəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,27% artaraq 93,51 Mbit/s təşkil edib. Ötən ilin oktyabr ayında bu göstərici 88,83 Mbit/s olub. İlk baxışdan hər şey qaydasındadır. Lakin narahatlığımın və bədbin proqnozumun səbəbini izah etməyə çalışacağam.
Aşağıdakı cədvəldə 2025 və 2026-cı illərin müvafiq ayları üzrə ölkədə median sürət göstəriciləri və artım templəri əks olunub.
Cədvəldən də göründüyü kimi, median sürətin artım tempi ötən illə müqayisədə orta hesabla 6-7 dəfə zəifləyib. Məsələn, 2025-ci ilin oktyabr ayında median sürət 2,31 Mbit/s artdığı halda, bu ilin eyni ayında artım cəmi 0,51 Mbit/s təşkil edib. Yeri gəlmişkən, bu, son 4-5 ilin ən aşağı aylıq artım göstəricilərindən biridir.
Ümid edirəm ki, son bir ildə mənim və digər mütəxəssislərin açıqlamalarından lazımi nəticə çıxarmayan internet provayderləri “Telekommunikasiya haqqında” Qanuna qəbul edilmiş son dəyişikliklərdən sonra yüksəksürətli internet paketlərinin daha əlçatan olması istiqamətində addımlar atmağın vacibliyini bir daha nəzərdən keçirəcəklər.
Cədvəldən görünən mənzərə odur ki, ötən illə müqaisədə artım tempi orta hesabla 6-7 dəfə zəifləyib. Başqa sözlə əgər 2025-ci ilin Oktyabr ayında median sürət 2.31 Mbit/s artmışdısa bu il 0.51 Mbit/s artım qeydə alınıb. Yeri gəlmişkən deyim ki, bu son 4-5 ilin ən aşağı artım tempi göstəricisidir.
Ümid edirəm ki, son 1 ildə mənim və digər mütəxəssislərin təqdimlərindən nəticə çıxarmayan internet provayderlər elə bu günlərdə “Telekommunikasiya haqqında” Qanuna qəbul edilmiş dəyişikliklərdən sonra yüksəksürətli internet paketlərinin əlçatanlığının artırlması barədə bir daha düşünməli olacaqlar.