O da “Yeraltı”na keçir – Foto

“Sıfır Bir” serialında canlandırdığı “Cihat” obrazı ilə tanınan aktyor Onur Akbay “Yeraltı” serialında rol alacaq.

Türkiyə mətbuatına istinadən, aktyor NOW telekanalında yayımlanan ekran işində 24-cü bölümdən etibarən “Behram” obrazını canlandıracaq.

Serialda yeni obrazın meydana çıxması hadisələrin gedişatına təsir edəcək.

Ssenariyə görə, “Behram” “Bozo” və “Rüzgar”ın qarşısında yeni rəqib kimi dayanacaq və hekayədəki münasibətlərə fərqli istiqamət verəcək.

Qeyd edək ki, “Yeraltı” serialının baş rollarında Uraz Kaygılaroğlu, Devrim Özkan və Deniz Can Aktaş yer alır. Ekran işi hər həftənin çərşənbə axşamı tamaşaçılara təqdim olunur.