Polşanın paytaxtı Varşavada bir kişi Mədəniyyət və Milli İrs Nazirliyinin binası qarşısında intihara cəhd edib.
Bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb.
Hadisə noyabrın 25-də axşam saatlarında baş verib. Əraziyə üç xilasedici briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Prezident sarayının qarşısındakı ərazi mühasirəyə alınıb.
İntihara cəhd edən şəxs xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma başladılıb.