"Barselona"nın baş məşqçisi Bakı şəhərindən danışdı

"Açığı, Bakı şəhərini gəzmək üçün çox imkanımız olmadı".

Bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Hansi Flik deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları olduqca qonaqpərvərdirlər: "Bu, Azərbaycana dördüncü səfərimdir. Hər gəlişimdə böyük dəyişikliklərin və inkişafın şahidi oluram. Bakı şəhəri xeyli gözəlləşib.

Sabah Çempionlar Liqasında mübarizə aparacaq. Komandanın baş məşqçisinin oyun fəlsəfəsi aydındır. Futbolçular meydanda çox əzmkar mübarizə apardılar. Düşünürəm ki, komandada ciddi inkişaf var".