Sabah Qəbələ şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcəkq işləri ilə əlaqədar noyabrın 26-da saat 09:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin Nəsimi və Z.Əliyeva küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.