Culfada avtomobilin vurduğu qadın xəstəxanada öldü

NAXÇIVAN, 25 noyabr. TELEQRAF

Culfada avtomobilin vurduğu qadın xəstəxanada ölüb.

Hadisə noyabrın 16-da Culfa şəhərində baş verib.

Avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 72 yaşlı qadın bu gün həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.