Kişi 4 uşağı olan gəlinini bıçaqlayaraq öldürdü – Foto

Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda ailədaxili mübahisə zamanı dörd uşaq anası Nihal Ç. qayınatası Mehmet Ç. tərəfindən dəfələrlə bıçaqlanıb. Hadisədən sonra qayınata jandarmaya təslim olub.

Hadisə Çerkezköy rayonunun Kızılpınar məhəlləsində baş verib. İddialara görə, ailədaxili mübahisə zamanı qayınata Mehmet Ç. gəlini Nihal Ç.-yə dəfələrlə bıçaq zərbəsi vurub.

Ağır yaralanan qadına tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

İlkin tibbi yardım göstərildikdən sonra Nihal Ç. təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, qadın dünyasını dəyişib.

Jandarmada prosedurlar başa çatdıqdan sonra şübhəli məhkəməyə aparılıb. Növbətçi məhkəmənin qərarı ilə Mehmet Ç. barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.