Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişdi

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 noyabr 2026-cı il tarixində Ağdam rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.