Ronaldo karyerasının 987-ci qolunu vurub

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasının 987-ci qolunu vurub.

41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının beşinci turunda Qətərin “Əl-Sədd” komandası ilə keçirilən oyunun 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarında da oynayıb.