Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər

London və Kiyev Böyük Britaniya ərazisində Ukrayna istehsalı olan zərbə dronlarının istehsalı haqqında saziş imzalayıblar.

"Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, pilotsuz uçuş aparatları Ukraynanın ehtiyacları üçün Böyük Britaniyada istehsal olunacaq.

Qeyd olunur ki, müqavilə istehsal gücünü genişləndirəcək, təchizat zəncirlərini gücləndirəcək və iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığı dərinləşdirəcək.