Zelenskidən Lukaşenkonun Moskvaya birgə səfər təklifinə reaksiya: “Mən çamadanam?” - Video

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun onunla birlikdə Moskvaya səfər etmək təklifinə münasibət bildirib.

Zelenski təklifi qeyri-ciddi söhbət adlandırıb.

“O, məni götürməyi təklif edir. Mən onun üçün çamadanam, nədir? Məni təyyarəyə götürüb uçmaq... Moskvaya, nə üçün? Bu, qeyri-ciddi söhbətdir”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Lukaşenkoya əks təklif də irəli sürüb:

“Lukaşenko Putini götürüb Kiyevə gəlsin. Onların təhlükəsiz qəbulunu təmin edəcəyik. Axı bu, danışıqlardır”.