Sadiq Mustafazadəyə ağır cəza

Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

O, antidopinq qaydasını pozduğu üçün diskvalifikasiya olunub.

İdmançıdan götürülmüş nümunədə “19 norandrosterone” preparatı aşkarlanıb.

Qeyd edək ki, Saiq Mustafazadə 23 yaşlılar arasında Avropa üçüncüsü olub.