Bölgələrə avtobus səfərlərində yenilik ola bilər

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Sənədlər 23 dekabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətlərində 5 lot üzrə yanvarın 5-də;

Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətlərində 5 lot üzrə yanvarın 8-də;

Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və Bərdə-Zaqatala istiqamətlərində 5 lot üzrə yanvarın 12-də;

Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər istiqamətlərində 5 lot üzrə yanvarın 15-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.