Macarıstanın Baş naziri Peter Madyar bu gün Ukraynanın qərbində yerləşən Zakarpatye vilayətinə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Madyar səfər çərçivəsində bölgədə yaşayan macar icmasının nümayəndələri ilə də görüşəcək.
Onu səfərdə Macarıstanın xarici işlər naziri Anita Orban müşayiət edəcək.
Görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar fonunda keçirilir. Macarıstanın əvvəlki Baş naziri Viktor Orbanın dövründə Kiyev və Budapeşt arasında, xüsusilə Ukraynada yaşayan macar azlığının dil və təhsil hüquqları ilə bağlı uzunmüddətli fikir ayrılıqları mövcud olub.