SOCAR və “Wison Engineering Ltd" arasında enerji səmərəliliyinin artırılması üzrə əməkdaşlıq müzakirə olunub (FOTO)

SOCAR və “Wison Engineering Ltd" şirkəti arasında enerji səmərəliliyinin artırılması üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Neft Şirkətinin məlumatına görə, müzakirə noyabrın 24-də SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru Cou Honqlayanqın görüşündə aparılıb.

Görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Söhbət zamanı tərəflər neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanlarına, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.