Deputatdan “Sabah” – “Barselona” oyunu ilə bağlı FİKİR: “Maraqlı oyun izləyəcəyik”

““Sabah” klubundan uğurlu nəticə gözləyirik”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat iki gün sonra Çempionlar Liqasının növbəti turunda keçiriləcək “Sabah” – “Barselona” oyunu haqqında danışıb.

N. Həmzəyev komandaya güvəndiyini və çətin olsa da, uğurlu nəticənin mümkün olduğunu vurğulayıb:

“Həqiqətən də “Sabah” Azərbaycan futbolunu dünyada uğurla təmsil edir. Gəlin etiraf edək ki, rəqiblər arasında elə güclü komandalar var ki, “Sabah” üçün oynamaq çox çətin olur. Xüsusilə “Barselona” kimi dünyanın “Top 3” klublarından biri ilə oynamaq asan deyil, amma inanırıq ki, “Sabah” əzmkar və qətiyyətli oyun ortaya qoyacaq, öz prinsipindən əl çəkməyəcək. Ən əsası odur ki, futbol azarkeşləri çox maraqlı oyun izləyəcəklər. İnanırıq ki, komandalarımızın güclənməsi ilə həm “Qarabağ”, həm “Sabah”, “Neftçi”, “Kəpəz” və digər klublarımız Azərbaycanı həmişə uğurla təmsil edəcəklər. Bu komandaların sayı artdıqca belə oyunları Bakıda və regionlarda tez-tez izləyə biləcəyik.

“Sabah”a uğurlar arzu edirəm və ümid edirəm ki, buradan mümkün olan ən yaxşı nəticə ilə ayrılacağıq”.