Ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib.
O bu barədə instagram hesabında məlumat yayıb.
Hadisə ilə bağlı mediada yayılan məlumatlarda həlak olanlardan biri – Anar Kərimovun tanınmış iş adamı, “METAK” şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilib.
Şirkətin Marketinq şöbəsinin müdiri Abbas Şahbazlı açıqlamasında yayılan iddiaları təkzib edib. O bildirib ki, qəzada həlak olan Anar Kərimov Alik Kərimovun oğlu deyil və onun ailəsi ilə heç bir qohumluq əlaqəsi yoxdur.