Aparıcı ilə qəzada həlak olan Anar kimin oğludur?

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb. Xitab24.az-a istinadla, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.Yeniləndi 15:22Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.Bunu Oxu24.com-a həlak olan şəxsin yaxınları bildirib.