İstanbul küçələrində peyda olan şir akinləri təşvişə saldı

Türkiyənin İstanbul şəhərində küçədə şir görünməsi sakinlər arasında narahatlığa səbəb olub. Hazırda heyvanın tutulması üçün xüsusi əməliyyat keçirilir.

Hadisə İstanbulun Sarıyer rayonunun Üskümrüköy məhəlləsində baş verib.

Məlumata görə, şir noyabrın 22-də axşam saatlarında ərazidəki təhlükəsizlik kameralarına düşüb. Hadisədən sonra polis, jandarma və digər aidiyyəti qurumların əməkdaşları axtarışa başlayıblar.

İstanbul Valiliyi heyvanın yerinin müəyyən edildiyini və onun diri tutulması üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Şirin axtarışında istilik kameraları ilə təchiz olunmuş dronlardan da istifadə edildiyi bildirilir. Əməliyyata Milli Parklar İdarəsinin mütəxəssisləri və baytarlar da cəlb olunub. Heyvanın sakitləşdirici vasitə ilə zərərsizləşdirilərək tutulması planlaşdırılır.