Nərimanovda açıq lyukun qapağı oğurlanıbmış - Açıqlama

Bakının Nərimanov rayonu ərazisində kanalizasiya lyuku açıq vəziyyətdədir.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, söhbət Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Gənclik korpusu (II tədris binası) yaxınlığından gedir.

Gecə velosiped sürən xanım, açıq lyuk səbəbindən ərazinin qaranlıqda olduqca təhlükəli olduğunu xüsusi vurğulayıb.

Sözügedən videonu təqdim edirik: