İranda Trampı hücuma çağıran iki nəfər həbs edildi

SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları etiraz aksiyaları zamanı sosial mediada paylaşımlar edən daha iki nəfəri həbs edib.

Bu haqda İran televiziyası məlumat yayıb.

Onların “etiraz aksiyaları zamanı X səhifələrində paylaşımlarla xalqı zorakılığa və ABŞ Prezidenti Donald Trampı İrana hücum etməyə çaırdıqları” bildirilib.

Qeyd edək ki, kimliyi açıqlanmayan şəxslərin dövlət televizyasında etiraf videoları yayımlanıb.