Erməni əsirliyindən qaçan qazi vəfat etdi

Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazı Faiq Şikar oğlu Məmmədov vəfat edib.

Oxu.Az-a istinadən, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra oradan qaça bilib.

*** 11:19

Birinci Qarabağ müharibəsi iştirakçısı vəfat edib.

Oxu.Az-a istinadən, Mingəçevirdə yaşayan Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Faiq Şikar oğlu Məmmədov dünyasını dəyişib.

Bildirilib ki, F.Məmmədov infarkt nəticəsində vəfat edib.

Əslən Ağdamdan olan mərhumun doğulduğu rayonda dəfn ediləcəyi bildirilir.