"Yaraşıqlı qarğıdalı satıcısı"na bir neçə saniyədə 21 min manatlıq hədiyyə göndərildi

"TikTok"da canlı yayımları ilə tanınan və pərəstişkarlarının onu görmək üçün xarici ölkələrdən Türkiyəyə gəldiyi "Yaraşıqlı qarğıdalı satıcısı" ("Yakışıklı Mısırcı") ləqəbli Alper Temel bu dəfə bahalı virtual hədiyyələrlə bağlı iddia ilə gündəmə gəlib.

Türkiyə KİV-ə istinadən, iddialara görə, istifadəçilərdən biri canlı yayım zamanı Temelə 15 "Galaxy" və 30 "Şir" adlı virtual hədiyyə göndərib.

Hadisəyə aid olduğu bildirilən görüntülərdə istifadəçinin canlı yayım zamanı ardıcıl olaraq hədiyyələr göndərdiyi görünür.

Bir neçə saniyə ərzində göndərildiyi iddia olunan hədiyyələrin ümumi dəyərinin təxminən 615 min Türkiyə lirəsinə (təqribən 21 min manat) çatdığı qeyd olunur.