İsrail qüvvələrinin ərzaq paylayan yük maşınına endirdiyi zərbə nəticəsində üç fələstinli həlak oldu

Hadisə Qəzza şəhərinin cənub-qərbində yerləşən Təl əl-Hava məhəlləsində baş verib

Fələstin mediasının yaydığı məlumata görə, Qəzza şəhərinin cənub-qərbində yerləşən Təl əl-Hava məhəlləsində məcburi köçkünlərə ərzaq yardımı daşıyan "World Central Kitchen" təşkilatına məxsus mikroavtobus İsrail ordusunun hava zərbəsinə tuş gəlib. Hücum nəticəsində üç fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.