İran Xameneinin nüvə silahının qadağan edilməsinə dair fətvasını ləğv edəcək? - Video

“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandir müavini, general Əsdi atom bombasının yaradılması ilə bağlı dini göstərişlərə yenidən baxılmasının mümkünlüyünü istisna etməyib. O, bu barədə İranın nüvə proqramı ətrafında müzakirələrin davam etdiyi bir vaxtda açıqlama verib.

Bizim.Media xatırladır ki, hazırda İranda ali rəhbər Əli Xameneinin nüvə silahının istehsalını, toplanmasını və istifadəsini qadağan edən rəsmi fətvası qüvvədədir.

General Əsdinin açıqlaması bu dini-hüquqi qadağanın nəzəri olaraq dəyişdirilə biləcəyinə dair siqnal kimi qiymətləndirilir.