Azərbaycanlı hakim UEFA Çempionlar Liqasının oyununa təyinat aldı

Futzal üzrə azərbaycanlı hakim-inspektor Elçin Səmədli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununa təyinat alıb.

O, noyabrın 23-də, saat 22:00-da start götürəcək “Kauna Jalqiris” (Litva) – “Benfika” (Portuqaliya) qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Kaunas şəhərində keçiriləcək matçı İsveçrədən olan hakimlər idarə edəcək.