Fransa bu gün: Yanan avtomobillər, onlarla saxlanılan şəxs - Video

Fransada etiraz aksiyaları davam edir. Ölkə üzrə keçirilən aksiyalar zamanı 144 nəfər saxlanılıb.

Paytaxt Parisdə əsas yürüş sakit şəraitdə keçib. Lakin aksiya Nation meydanında başa çatarkən gərginlik yaranıb.

Ən mürəkkəb vəziyyət Marsel şəhərində qeydə alınıb. Etirazçıların bir qismi razılaşdırılmış yürüş marşrutundan kənara çıxıb. Şəhər küçələrində zibil konteynerləri və avtomobillər yandırılıb.