Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub

Hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 70 yaşlı kişi xəsarət alıb.

Azərtac-a istinadən, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Nadir Əmənov yolu keçərkən “Ford Transit” markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.