Uşağın şərəfinə təşkil edilən şənlikdə faciə: Üç ölü, bir yaralı

ABŞ-ın Ohayo ştatının Parma şəhərində keçirilən şənlik zamanı baş verən atışma nəticəsində üç nəfər ölüb, daha bir nəfər yaralanıb.

Bu barədə "Fox 8" telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlərdən ikisi yetkinlik yaşına çatmış kişi, biri isə 17 yaşlı qızdır. Onların şəxsiyyətləri hələ müəyyən edilməyib. Şübhəli şəxs saxlanılıb.

“Dördüncü zərərçəkən - yetkinlik yaşına çatmış qadın ayağından güllə yarası alıb”, — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, atışma dünyaya gələcək uşağın şərəfinə təşkil edilən şənlik zamanı baş verib.