İki ildə İrandakı müharibələrdə 428 uşaq və yeniyetmə ölüb

Son iki ildə İranda baş verən müharibələr nəticəsində 428 uşaq və yeniyetmə həyatını itirib.

Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında bir yaşına çatmamış yeddi körpə də var.

Təşkilatın məlumatına görə, bu il ABŞ və İsrailin İrana qarşı apardığı müharibə zamanı daha 115 uşaq yaralanıb.

Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyəti ölkədə fəaliyyət göstərən humanitar qeyri-hökumət təşkilatıdır və Cenevrədə yerləşən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə əlaqəlidir.