Finlandiya Rusiyanın peşəkar idmançılarının Avropa Birliyi ərazisinə girişinə qadağa qoyulmasını təklif edib.
Bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen danışıb.
“Bizə AB miqyasında viza məhdudiyyətləri və rusiyalı peşəkar idmançıların Şengen zonasına girişi üçün vahid qaydalar lazımdır. Bu, ortaq AB siyasətinin formalaşdırılması üçün zəmini gücləndirir. Avropa Komissiyasının tezliklə bu məsələ ilə bağlı öz təklifini təqdim edəcəyini gözləyirəm”, - nazir qeyd edib.
Qeyd edək ki, daha öncə Finlandiya hökuməti Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirmək barədə qərar qəbul edib.